AZ

Çinin Baş naziri Pakistana səfər edəcək

Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan  oktyabrın 14-dən 17-dək Pakistanda rəsmi səfərdə olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib.

Li Tsyan Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabadda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının 23-cü iclasında iştirak edəcək.

Sentyabrda Çin xarici işlər nazirinin müavini Sun Veydonq bildirmişdi ki, Pekin xarici siyasətində ŞƏT-i prioritet hesab edir.

Şanxay Əməkdaşlıq Təşkilatına hazırda Çin, Rusiya, Hindistan, İran, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Pakistan və Özbəkistan daxildir.

Seçilən
37
iqtisadiyyat.az

1Mənbələr