AZ

Son vaxtlar məhşurlaşan “A-frame” tipli evlərlə bağlı problem

Son zamanalar Bakıda və bölgələrdə məhşurlaşan “A-frame” evlərin sayı artıb. Bu evlərə maraq çox olsa da, sənədləşmə məsələsi müşkülə çevrilib.

Bəs bu tip evlərə niyə çıxarış verilmir?

Publika.az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, evlərə sənəd ala bilməmək onlar üçün müxtəlif problemlər yaradır. Öz evlərinə qeydiyyata düşə bilmirlər, tikilini sığortalamaq mümkün olmur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu evlərə çıxarış verilməməsinin başlıca səbəbi qanundakı boşluqdur.

Maraqlısı isə odur ki, bu tip evlər çıxarışla təmin olunmasa da, kommunal xidmətlərə qoşulmağa icazə verilir. Burada isə belə bir sual ortaya çıxır: əgər çıxarış verilməyəcəksə, bu evlərin tikilməsinə niyə icazə verilir?

Seçilən
27
5
publika.az

6Mənbələr