AZ

Hacıqabulda leysan nəticəsində 300-dən çox evi su basıb - VİDEO » AzadMedia.az


Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.

Bu barədə report-a Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.

Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.

Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.

Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.

Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.
Seçilən
26
25
azadmedia.az

10Mənbələr