Bir neçə il öncəyə qədər ölkəmizə avtomobillər daha çox Gürcüstan və bir çox Avropa ölkələrindən gətirilirdi. Lakin hazırda həmin ölkələrin siyahısı və bazarda vəziyyət tamamilə dəyişib. Avtosfer.az-ın xəbərinə görə, avtomobil satışı üzrə mütəxəssislər deyirlər ki, indi ölkəmizə satış üçün avtomobillər daha çox Çin, Cənubi Koreya və Yaponiyadan gətirilir...
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bunun başlıca səbəblərindən biri Azərbaycana idxal edilən avtomobillərlə bağlı tətbiq edilən məhdudiyyətdir.
Ekspertin sözlərinə görə, digər səbəbələrdən biri də artıq xarici ölkələrdən birbaşa avtomobil gətirməyin daha əlverişli olmasıdır.
Mütəxəssis onu da bildirib ki, birbaşa Transxəzər marşrutu ilə daşınan avtomobillər nisbətən daha ucuz başa gəlir.
Ətraflı videomaterialda.