AZ

Kürdəxanıda iynədən şoka qadın Təcili Tibbi Yardımın gecikməsindən ölüb? – İddialara RƏSMİ CAVAB VİDEO

Bakıda qadın iynədən şoka düşərək ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində  yeni yaşayış massivində baş verib

Mərhumun qardaşı Kazım Əziz deyir ki, bacısı  ayaqda aşağı ətrafların trombozu  xəstəliyindən əziyyət çəkirmiş. Bir müddət öncə Zülfiyyə Nəcəfova Sabunuçudakı "MEDİCARE HOSPİTAL"a müraciət  edib. Ailəsinin iddiasına görə qadın adıçəkilən hospitalda çalışan mütəxəssislərin yanlış müalicəsi nəticəsində dünyasını dəyşib.

Kazım  Əziz qeyd edib ki, onlar saatlarla Təcili Tibbi Yardımın yolunu gözləyiblər:

Hadisə ilə bağlı TƏBİB -dən sorğumuza cavab  olaraq bildirildi ki, həmin vaxt ərazidə azad briqada olmadığı üçün Binəqədi ərazisindən yükləmə olaraq çağırış ünvanına saat 19:23-də əlavə briqada göndərilib.

"Medicare Hospital"ın hüquqşunası Azər Məhərrovov bildirdi ki, mərhum Zülfiyyə Nəcəfova oktyabrın 11- onlara müraciət edib. Həkim Şərqiyyə İbrahimovanın qəbulunda olub, ultrasəs müayinəsindən keçib, ona müalicə üçün resept təyin olunub və evinə yollanıb.

Fakt Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
129
22
xezerxeber.az

10Mənbələr