AZ

Məşhur futbolçunun evi QARƏT EDİLDİ

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis və sevgilisi Alişa Lemann futbol matçlarında olarkən, quldurlar onların evinə qarət ediblər.

Publika.az “La Gazzetta dello Sport”a istinadən bildirir ki, quldurlar 11 ədəd “Louis” saatı və Alişanın ümumilikdə 500 min avro dəyərində brilyant zinət əşyalarını oğurlayıblar.

Məlum olub ki, bu, ulduz cütlüyün yaşadığı ərazidə ilk oğurluq hadisəsi deyil. Əvvəllər Turin quldurları Anxel Di Maria, Moyze Kin və Kayo Jorjenin də evlərində olublar.

Artıq şəhər polisi araşdırmalara başlayıb.

Seçilən
8
36
publika.az

10Mənbələr