AZ

Bakıda gənc oğlan bıçaqlandı

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb.   Manset.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Kərimov Məhəmməd Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Seçilən
8
9
manset.az

9Mənbələr