AZ

Bununla heç bir problem həll edilə bilməz - İraq Prezidenti

Azərbaycanda sülh və sabitliyə nail olmağınız münasibətilə Sizi təbrik edirəm. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram.

News24.az APA-ya istinadla xəbər verir ki, bu sözləri İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı söyləyib.

“Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır”, - İraq Prezidenti vurğulayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
31
news24.az

10Mənbələr

Şərh ()
Bağla