İsrail mediası Orduya istinadla son məlumatı açıqlayıb.
Mia.az xəbər verir ki, mıəlumatda Baş qərargah rəisinin ölümü təkzib edilib: ""Hizbullah" hərbi bazaya hücumunda 4 İsrail əsgər həlak olub, 58 əsgər isə yaralanıb: "Onlardan 7-nin vəziyyəti ağırdr".
İsrail mediası yazır ki, "Hizbullah"ın Hayfaya zərbəsi nəticəsində 3 nəfər ölüb.
Mia.az İsrail mediasına istinadla xəbər verir ki, hücum savaın indiyə qədərki "ən ağrılı gecə”si sayıla bilər.
Bu gün kamikadze PUA-lar İsrailin "qəlbi"nə atəş açıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hayfa şəhərinə hücum nəticəsində 4-ü ağır olmaqla, azı 67 nəfər yaralanıb.
Məlumatda diqqətçəkən digər məqam budur ki, İsrail hava nüdafiə sistemləri PUA hücumlarından "xəbər tuta" bilməyib: "Bu səbəbdən partlayıcı dolu PUA Hayfa şəhərinin cənubunda Binyamin bölgəsinə "öldürücü zərbə" vurub".
"Hizbullah" hücumu üzərinə götürüb: "İsrail ordusunun Hayfa şəhərinin cənubundakı Binyamina bölgəsindəki Qlolani Briqadasının təlim bazasına PUA-larla dəqiq hədəflənmiş zərbələr vurulub. Bu, Qəzzada Fələstin xalqının müqavimətinə dəstək , Livan və xalqını müdafiə etmək və Beyrutdakı Basta və Nuveyri məhəllələrinə edilən hücumlara cavab olaraq həyata keçirilib".
"Hizbullah" əlavə edib ki, öz ölkələrini və xalqlaırnı qorumağa hazırdırlar: "Düşmənin qarşısını almaq qətiyyətimizdənbir an olsun vax keçməyəcəyik".
Firudin Səfərli
MİA.AZ