AZ

Hizbullahın pilotsuz təyyarəsi İsrail hərbi bazasını vurub, 4 hərbçi həlak olub

Pilotsuz təyyarələrdən istifadə edilən hava hücumu nəticəsində İsrailin Binyamina bölgəsindəki hərbi bazası vurulub. Hücum nəticəsində 4 əsgər şəhid olub, daha 7 əsgər yaralanıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) xəbər verir.

“Dünən (bazar) terror təşkilatı Hizbullah tərəfindən buraxılan PUA Binyamina yaxınlığındakı hərbi bazaya zərbə endirib”, - deyə İDF bildirib.

İsrail Silahlı Qüvvələri insident zamanı “İDF-nin dörd əsgərinin həlak olduğunu, daha yeddisinin ağır yaralandığını” bildirib.

Qeyd olunur ki, bütün zərərçəkənlər tibbi yardım üçün xəstəxanalara təxliyə edilib.

Oxuməni.az

Seçilən
35
oxumeni.az

1Mənbələr