AZ

Alvaro Morata: “Dani Karvaxalı görəndə, ürəyim dayandı”

İspaniya yığmasının hücumçusu Alvaro Morata zədəli komanda yoldaşları – Daniel Karvaxal və Rodri ilə bağlı fikirlərini paylaşıb.

Arena.az xatırladır ki, hər iki futbolçu üçün mövsüm erkən bitib:

“Onlar milli komandanın əsas oyunçularıdır. Ən çətini – komanda yaratmaqdır, orada kiminsə ürək ağrıdan zədələri varsa… Dani Karvaxalı görəndə ürəyim dayandı. Onların hər ikisinin bizə baş çəkməsi bizi sevindirdi. Ümidvaram ki, uşaqlar sağalacaqlar, çünki onlara ehtiyacımız var”, deyə Alvaro Morata bildirib.

Qeyd edək ki, bir müddət öncə əməliyyat keçirmiş Karvaxal və Rodri bugünlərdə qoltuqaltı əsalarla hərəkət edərək İspaniya yığmasının düşərgəsinə baş çəkiblər. Onlar bununla millidəki komanda yoldaşlarına dəstəklərini nümayiş etdiriblər.

İspaniya yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Danimarka milli komandasını qəbul edib və 1:0 hesablı qələbəyə sevinib. Sonuncu Avropa çempionunu oktyabrın 15-də də Serbiya yığması ilə ev oyunu gözləyir.

UEFA Millətlər Liqasında A Liqasının 4-cü qrupunda yer almış İspaniya milli komandası hazırda 7 xalla vahid liderdir. Danimarka 6 xalla 2-ci, Serbiya 4 xalla 3-cüdür. Sonuncu olan İsveçrə yığması ilə hələ xal hesabını aça bilməyib.

Seçilən
120
arena.az

1Mənbələr