İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Millətlər Liqası matçında Finlandiya üzərində qazanılan qələbdən (3:1) sonra maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, Trent Aleksandr-Arnoldun cərimə zərbəsindən vurduğu qol zamanı komanda yoldaşına zarafala necə mükafat vəd verməsindən danışıb:
"Ona dedim ki, qol vursan, sənə 500 funt sterlinq verəcəm. Və o, topu birbaşa yuxarı küncə vurdu (gülür)".
Qeyd edək ki, sözügedən görüşdə qol vuranlar arasında Cek Qriliş də olub.