AZ

Pre-Cop COP29 çərçivəsində danışıqların başlanğıcı üçün yaxşı platforma oldu - Vopke Hukstra

Bakı. Trend:

Pre-Cop COP29 çərçivəsində danışıqların başlanğıcı üçün yaxşıplatforma oldu.

Trend xəbər verir ki, bubarədə Avropa İttifaqının (Aİ) iqlim fəaliyyətləri üzrə komissarıVopke Hukstra ADA Universitetində "Qlobal Perspektivlər" mövzusundamühazirələrlə çıxış edərkən bildirib. Görüş ADA İnkişaf vəDiplomatiya İnstitutunun Avropa Tədqiqatları üzrə MükəmməllikMərkəzi tərəfindən təşkil edilib.

"COP29 ərəfəsində çox iş görülməlidir. Dubayda COP28-də əldəedilən konsensusa inamı gücləndirməklə yanaşı, onu daha dakonkretləşdirməliyik. Pre-Cop COP29 danışıqları üçün yaxşıbaşlanğıc oldu", - deyə o vurğulayıb.

Avrokomissar, həmçinin qlobal istiləşmənin fəsadlarınınyüngülləşdirilməsi üçün qlobal səylərin artırılmasının vacibliyinivurğulayıb.

"Yaşıl enerjiyə keçmək vacibdir. Vaxt keçdikcə qazdan tədricənimtina etməliyik, çünki o, qalıq yanacaqdır. Biz qazdanasılılığımızı azaltmalıyıq. Yaşıl keçid və iqlim təsirlərinəuyğunlaşma böyük maliyyə sərmayələri tələb edir, yəni daha çoxdövlət maliyyələşdirilməsi tələb olunacaq. Lakin dövlətmaliyyələşdirilməsi tək başına kifayət etməyə bilər. Toplananvəsaitlər, eyni zamanda, ən çox yardıma ehtiyacı olan ölkələrəyönləndirilməlidir", - Vopke Hukstra əlavə edib.

Xatırladaq ki, 10-11 oktyabr tarixlərində Azərbaycanda Pre-COPtədbiri keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransından əvvəl təxminən bir ay öncəhazırlıq iclası kimi tanınan Pre-Cop keçirilir. Bu görüşün məqsədiseçilmiş ölkələr qrupuna danışıqların bəzi əsas siyasi aspektləriilə bağlı müzakirə və fikir mübadiləsi üçün qeyri-rəsmi mühit təminetmək, mümkün qədər gələcək danışıqlar üçün siyasi tövsiyələrverməkdir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabr ayında Azərbaycanda keçiriləcək. Bu qərar keçən ilin 11dekabrında Dubayda keçirilən COP28-in plenar iclasında qəbuledilib.

Məqalədə:
Seçilən
10
2
az.trend.az

1Mənbələr