AZ

Əslində pişiklər dünyanı belə GÖRÜR

Müxtəlif cins pişikləri birləşdirən şey onların rəngləri qavramaq qabiliyyətinin eyni olmasıdır – onlar spektrin bütün rənglərini görə bilmirlər, lakin bu, gözün özündə olan qüsurla bağlı deyil.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baytar Heyli Berqeland danışıb.

Onun sözlərinə görə, pişiklər insanlardan daha az rəng görür, lakin daha geniş baxış sahəsi ilə kiçik, sürətli hərəkətləri fərq etmək üçün heyrətamiz qabiliyyətə malikdirlər.

Ekspert bildirib ki, insanların və pişiklərin gözlərində iki növ rəng reseptoru var. Biri gündüz görmə və rəng qavrayışına, digəri isə, gecə görülə bilənlərə və yan-bu yana və ətrafı görmə qabiliyyətinə cavabdehdir.

Berqeland vurğulayıb ki, gündüz görmə və rəng qavrayışına cavabdeh olan reseptor işığın dalğa uzunluğunu təyin edir. İnsanların həmin reseptordan 3 dənə var və buna görə də onlar adətən bütün rəng spektrini qəbul edirlər. Pişiklərdə işıq spektrini məhdudlaşdıran yalnız 2 reseptor var.

Berqeland əlavə edib ki, iki rəngli konus pişiklərə sarı-yaşıl işıq dalğa uzunluqlarını və mavi-bənövşəyi rəngləri görməyə imkan verir. Ekspert vurğulayıb ki, bunun sayəsində pişiklər də itlər kimi əşyaları əsasən sarı, mavi və boz çalarlarda görürlər.

Seçilən
68
medianews.az

1Mənbələr