İsrail İrana cavab hücumu üçün hədəflərini ölkənin hərbi və enerji infrastrukturları ilə məhdudlaşdırıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "NBC" telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, İsrailin İranın nüvə obyektlərinə necə və nə vaxt hücum edəcəyi ilə bağlı hələ yekun qərar yoxdur. ABŞ rəsmiləri bildiriblər ki, İsrail ordusunun qərarını bilməsələr də, ordu hücuma hazırdır.
Qeyd olunub ki, ABŞ bölgədəki müttəfiqlərini İranın hücumuna qarşı qorumağa hazırdır, ancaq böyük ehtimalla bu əməliyyata birbaşa hərbi dəstək verməyəcək.
"AzPolitika.info"