AZ

Üzgüçülük üzrə millimiz təlim məşq toplanışı keçir - FOTOLAR

Üzgüçülük üzrə Azərbaycan yığma komandası Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı start götürüb. Oktyabr ayının 10-dan başlayaraq keçirilən hazırlıqlarda 16 üzgüçü və 3 məşqçi iştirak edir. Komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirirlər. Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın rəsmi saytına verdiyi məlumata görə təlim məşq toplanışının məqsədi qarşıda gələn böyük miqyaslı yarışlara hazırlıqdır:

“Üzgüçülərimiz 23-31 oktyabr tarixlərində Bəhreyn Krallığında keçiriləcək Ümumdünya məktəb şagirdləri arasında gimnaziyada güclərini sınayacaqlar. Bundan başqa bu hazırlıqlar 27-30 noyabr tarixlərində Bakıda, Su İdman Sarayında Azərbaycan Açıq Qış Çempionatında, dekabr ayında isə Macarıstanın Budapeşt şəhərində keçiriləcək Üzgüçülük üzrə Dünya çempionatına hazırlıq məqsədi daşıyır” deyə R. Əbdürrəhmanov əlavə edib. 

Baş məşqçi bildirib ki, Ümumdünya məktəb şagirdləri arasında gimnaziyada ölkəmizi üzgüçülərdən Anastasiya Boborikina, Timur Beker, Süleyman Ismayılzadə, Orxan Əliyev  və Oqtay Hüseynov təmsil edəcək. 

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyanın dəstəyi və birgə təşkilatçılığı ilə Üzgüçülük üzrə Azərbaycan yığma komandasının Mingəçevir Kür Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı oktyabrın 25-də  yekunlaşacaq.

 

Seçilən
32
5
missiya.az

6Mənbələr