AZ

“Yelo Bank”da yeni aksiya – əmanət açan hər müştərinin adına ağac əkiləcək

31 oktyabradək Yelo Bank-ın “Yaşıl Əmanət” kampaniyası davam edir.

Banker.az xəbər verir ki, kampaniyaya əsasən Yelo Bank-da əmanət yerləşdirməklə 12%-dək gəlir qazana bilərsiz. İstər filialda, istərsə də onlayn qaydada əmanət yerləşdirmək mümkündür.

Həmin əmanətçilərə Yelo App vasitəsilə onlayn ekosertifikat göndəriləcək. Aksiya bitdikdən sonra Bankın əməkdaşlarının iştirakı ilə keçiriləcək tədbirdə ekosertifikat almış müştərilərin adına ağac əkiləcək.

Bankın bu aksiyanı həyata keçirməkdə əsas məqsədi Yaşıl Dünya Naminə Həmrəylik ilinə və tezliklə baş tutacaq COP29 tədbirinə dəstək olmaq və ətraf mühiti qorumaqdır.

Yelo Bank-da əmanət yerləşdirmək üçün bu linkə daxil ola bilərsiniz.

Seçilən
42
50
banker.az

10Mənbələr