AZ

Azərbaycanda sentyabrda gündəlik neft hasilatı üzrə göstərici açıqlanıb

Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 78 700 ton olub.

“İki sahil” xəbər verir ki, bunun 65 000 tonunu xam neft, 13 700 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan sentyabr ayında "OPEC+" çərçivəsində kvotasından 9 259 ton geridə qalıb.

 

Seçilən
52
50
ikisahil.az

10Mənbələr