AZ

Azərbaycan çempionu 4 illik diskvalifikasiya olundu

Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya cəzası alıb.

90deqiqe.Az xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub. O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. 

Cəza 11 sentyabrdan qüvvəyə minib və 2028-ci ilin sentyabrın 10-da başa çatacaq.

Qeyd edək ki, Yusif Abdullayev bu ilin mayında Azərbaycan çempionu titulunu qazanmışdı.

 

 

Seçilən
6
27
90deqiqe.az

10Mənbələr