AZ

İran Rusiyaya görə sanksiyalara məruz qaldı

Avropa İttifaqı İranın 7 fiziki və 7 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb. 

Avropa Şurası bu gün elan edib ki, sanksiyalar İrandan Rusiyaya pilotsuz təyyarələr və raketlər göndərilməsinə cavab olaraq tətbiq edilib. Avropa İttifaqının bəyanatına görə, “Saha Airlines”, “Mahan Air” və “İran Air” aviaşirkətləri sanksiyalara məruz qalıb.

İran və Rusiya dəfələrlə Aİ-nin Tehranın Ukraynada istifadə üçün orta mənzilli raket və pilotsuz təyyarələri Moskvaya ötürməsi ilə bağlı iddialarını yüksək səviyyədə təkzib ediblər.

Ağarza Elçinoğlu 

Seçilən
58
22
unikal.az

10Mənbələr