AZ

Xəzər dənizində naməlum kişi meyiti tapıldı

Bakı şəhəri, Suraxanı rayonu, Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti tapılıb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Boyu 160-165 santimetr olan kişi meyiti, orta bədən quruluşlu, qara saçlıdır. Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi olmayıb.

Bu şəxsi tanıyanlardan DİN-in "102" Xidmətinə və ya Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Seçilən
127
37
Mənbələr
Şərh ()
Bağla