Bakı. Trend:
COP29-a hazırlıq işləri yekun mərhələdədir.
Trend xəbər verir ki, bunu AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də BelçikaKrallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətlisəfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.
Hazırlıq işlərinə bir ildən az vaxt olduğunu deyən dövlətimizinbaşçısı COP-öncəsi tədbirinin bu işlərin uğurla həyatakeçirilməsini nümayiş etdirdiyini vurğuladı.
Prezident İlham Əliyev növbəti ildə Azərbaycanın COP-a sədrliyidövründə də dünyanın müxtəlif bölgələri arasında körpü rolu oynamaqəzmində olduğunu dedi. Dövlətimizin başçısı, eyni zamanda, yaşılenerjiyə keçidin də bizim geniş gündəliyimizdə duran mühüm məsələolduğunu bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, planlaşdırdığımızlayihələrin artıq bir hissəsinin həyata keçirildiyini nəzərə alsaq,qarşıdakı illərdə enerji sektorumuzda bərpaolunan enerjinin payıəhəmiyyətli dərəcədə artacaq və biz bu sahədə Belçika şirkətləriilə əməkdaşlıq etməyə hazırıq.