AZ

Məhəmməd Salah millidən ayrıldı

"Liverpul"un hücumçusu Məhəmməd Salah Misir millisinin düşərgəsini vaxtından əvvəl tərk edərək klubuna qayıdıb.

Fanat.Az xəbər verir ki, yığmanın məşqçiləri ulduz forvardın Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mavritaniya ilə oyunda iştirakını məqsədəuyğun saymayıblar.

Məlumatı Misir Futbol Federasiyasının mətbuat xidməti yayıb. Yığmanın baş məşqçisi Hossam Hassan rəqibin sərt oyun tərzinə və matçın süni meydançada keçirilməsini nəzərə alaraq Salahı vaxtından əvvəl İngiltərəyə göndərib.

32 yaşlı hücumçu oktyabrın 11-də Mavritaniya ilə ilk oyunda (2:0) 1 qol vurub. Misir eyniadlı rəqiblə səfər matçını oktyabrın 15-də keçirəcək. Salahın komandası 3 oyunda 3 qələbə qazanaraq qrup lideridir.

Mirağa

phrase_var_article.chosen
0
1
fanat.az

2phrase_var_article.sources