İsrail hərbçiləri Livanın cənubunda silahların olduğu 800 metrlik nəhəng bunker tapıblar.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Yeraltı tikili şiə "Hizbullah" hərəkatının Radvan xüsusi təyinatlılarının qərargahı olub.
Bunkerin içərisində İsrail hərbçiləri minaatan mərmilər, raketlər və motosikletlər, eləcə də su və qida təchizatı ilə uzunmüddətli yaşamaq üçün hazırlanmış yaşayış yerləri aşkar ediblər.
İsrail ordusu hesab edir ki, "Hizbullah" bunkerdən İsraili işğal planının bir hissəsi kimi istifadə etməyi planlaşdırıb və onu qəsdən yaşayış məntəqələrinin altına yerləşdirib.