I Liqada 10-cu mövsümünü keçirən "Zaqatala" cari futbol ilinə yaxşı başlayıb.
Əyalət təmsilçisi ilk dörd turda 9 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Liderlər qrupunda yer alan "yaşıllar" "Karvan" və "Qəbələ" ilə bərabər hələlik məğlubiyyət üzü görməyən 3 iştirakçıdan biridir.
Ölkə.az sportinfo.az-a istinadən xəbər verir ki, "Zaqatala"nın bu uğurlu çıxışında, heç şübhəsiz, Qurban Qurbanovun da xüsusi rolu var.
"Qarabağ"ın baş məşqçisi doğulduğu rayonun eyniadlı təmsilçisinə maliyyə dəstəyi göstərir. O, şəxsi büdcəsindən komandaya hər ay 1000 dollar ayırır.