AZ

“Maşın bazarında az qala alt paltarında gəzən satıcılar var”

Aparıcı Aytən Səfərova “Xəbər ertəsi” verilişində “Maşın bazarı”nda avtomobil satıcılarını tənqid edib. Avtosfer.az xəbər verir ki, yay aylarında həmin satıcılar əyinlərindəki mayka ilə alıcılara maşın satırlar:

“Babək prospekti, “Xalqlar Dostluğu” metrosu tərəfdə “Maşın bazarı” adlanan bir yer var. Bu gün təkcə kişilər avtomobil sürmürlər. “Maşın bazarı”na kişilər tək gəlmirlər. Ailə üzvləri ilə birlikdə gəlirlər. “Mayka”da o tüklü qolla çıxan, az qala alt paltarda gəzən satıcılar var. Buna bir nəzarət olunmalıdır. Xüsusi ilə yay aylarında. Biabırçılıqdır!

Kişilərin “arvadı-uşağı” olur, qadın sürücülərimiz var. Avtomobil yolunun düz ortasına çıxıb, əllərində “plyonka” satıllar. Onlar lap “Formula 1”dəki bayrağı yelləyib "saxla" komandasını verən işçiləri xatırladırlar”.

Seçilən
11
11
avtosfer.az

10Mənbələr