AZ

Borrell: “Rusiyaya qarşı sanksiyalarla bağlı yeni addımlar atılmalıdır”

“Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların qarşısının alınması ilə mübarizədə irəliləyiş görür, lakin yeni addımlar lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
 

“Biz sanksiyalardan yayınmağa qarşı mübarizəni davam etdirməli olacağıq və özümüzdən başlamalıyıq. Bu, təkcə sanksiyaların təkrar ixrac vasitəsilə dəf olunduğu ölkələrdən deyil, evdən başlayır. Biz kritik komponentləri üçüncü ölkələrə ixrac edən şirkətlər tərəfindən nəzarəti gücləndirməliyik”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.


Onun fikrincə, “Rusiyanın kölgə donanmasına” qarşı sanksiyaları da sərtləşdirmək lazımdır: “Bu gəmilərə qarşı sanksiyaları gücləndirmək üçün yeni təkliflər irəli sürməyə çalışırıq”.

Bizim.Media

Seçilən
17
45
bizim.media

10Mənbələr