AZ

“Ziraat Bank Azərbaycan” ₼11.3 milyon xalis mənfəət açıqladı

“Ziraat Bank Azərbaycan” ASC bu ilin 3-cü rübünü 11 milyon 294 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 6 milyon 413 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, hesabat dövründə “Ziraat Bank Azərbaycan” nın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

“Ziraat Bank Azərbaycan”ın  faiz gəlirləri hesabat dövründə 39 milyon 332 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 14.4% artım,  qeyri-faiz gəlirləri isə 13 milyon 667 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% artımdır.

Hesabat dövründə bankın cəmi aktivləri ötən ilin son dövrü ilə müqayisədə 636 milyon 685 min manatdan 804 milyon 957 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 390 milyon 942 min manatdan 444 milyon 478 min manata, cəmi öhdəlikləri 519 milyon 709 min manatdan 675 milyon 469 min manata yüksəlib.

 

Seçilən
81
50
banker.az

10Mənbələr