AZ

Cənubi Koreya Şimali Koreyaya cavab atəşi açdı

Cənubi Koreya hərbçiləri KXDR-nin iki ölkəni birləşdirən yolun hissələrini partlatmasından sonra xəbərdarlıq atəşi açıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

“Cənubi Koreya ordusu çərşənbə axşamı Şimali Koreyanın Koreyalararası yolun hissələrini partlatmaq üzrə hərəkətlərinə cavab olaraq iki Koreyanı ayıran hərbi demarkasiya xəttinin cənubuna xəbərdarlıq atəşi açıb”, - məlumatda deyilir.

Daha əvvəl KXDR Ordusunun Baş Qərargahı bildirmişdi ki, oktyabrın 9-dan Şimali Koreya öz ərazisini Cənubi Koreya ilə birləşdirən avtomobil və dəmir yollarının bağlanması və dayandırılması üzrə işlər görəcək. Daha sonra hərbi demarkasiya xəttinin şimalında Koreyalararası avtomobil yollarının hissələrini partladıb.

Türkan İSGƏNDƏRLİ

Seçilən
24
32
redaktor.az

10Mənbələr