AZ

Tələbələrə şad xəbər - bu tarixdən təqaüdlər artırılır - VİDEO

Gələn ilin əvvəlindən tələbə təqaüdlərinin artırılacağı gözlənilir.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, "Təhsil haqqında" Qanuna əsasən əyani təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlər təyin edilir. Lakin tələbələr bildirirlər ki, təyin edilən təqaüdün məbləği kirayə, nəqliyyat, eyni zamanda tədris üçün lazım olan ləvazimatların xərclərini ödəmir. Bu səbəbdən də bəzi tələbələr dərsdən sonra işləməyə məcbur olurlar.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təqaüdlər tələbənin minimum ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulub. O, eyni zamanda, ümumi təhsil prosesinin inkişafı üçün dövlət tərəfindən tələbə təqaüd krediti fondlarının və dövlət hesabına təhsil alan tələbələrin sayının artdığını da bildirib.

Deputat, həmçinin bəzi tələbələrin digər ölkələrlə müqayisədə Azərbaycanda tələbə təqaüdlərinin az olması fikrinə də aydınlıq gətirib.

Ətraflı süjetdə:

Seçilən
466
32
musavat.com

10Mənbələr