AZ

İsrailin ​​​​İrana zərbə endirəcəyi VAXT AÇIQLANDI

İsrail İranda nüvə və neft obyektlərinə deyil, hərbi obyektlərə zərbələr endirməyi planlaşdırır.

 

7Times.az  “The Washington Post”a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib.

 

Nəşr qeyd edir ki, Netanyahunun bu planı Vaşinqtonda rahatlıqla qarşılanıb. Həmçinin vurğulanıb ki, İsrail İrandakı neft obyektlərini vurarsa, enerji qiymətləri kəskin arta bilər. Yəhudi dövlətinin İranın nüvə obyektlərinə hücumu daha da böyük eskalasiyaya səbəb olar ki, bu da ABŞ-nin davam edən hadisələrə daha çox cəlb olunma riskini artıra bilər.

 

Xatırladaq ki, Bayden oktyabrın 2-də İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmədiyini bildirib.Nəşrin məlumatına görə, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl İsrailin İrandakı hərbi obyektlərə zərbə endirməsi gözlənilir.

Sfera.az

Seçilən
61
34
7times.az

10Mənbələr