AZ

"Traktor" klubunun sahibindən paniranistlərə şillə kimi cavab

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu ilin yayında Məsud Pezeşkianın öz türk və azərbaycanlı kimliyini xüsusi vurğulamaqla İran prezidenti seçilməsi paniranist dairələrin ciddi narahatlığına səbəb olub.
Onlar Pezeşkianın gəlişi ilə ölkədəki etnosiyasi münasibətlərdə yeni bir mərhələnin başlandığının fərqində olduqları üçün mədəni-ictimai sferada hakim iranlı kimliyindən və onun əsas dayağı olan fars dilindən fərqli istənilən təzahürü dözümsüz qarşılayır, az qala İranın bütövlüyünə və dövlət təhlükəsizliyinə qəsd kimi dəyərləndirirlər.
Hətta bir müddət əvvəl Məsud Pezeşkianın Güney azərbaycanlı mədəni fəal Rəşid Daneşcuyiyə öz ana dilində verdiyi kiçik müsahibə paniranist dairələri elə qəzəbləndirdi ki, onlar ölkə prezidentini "separatçılara fürsət yaratmaqda" ittiham etdilər.
Son günlər isə Güney azərbaycanlıların milli duyğuları və varlığının rəmzinə çevrilmiş "Traktor" futbol klubu, eləcə də klubun sahibi, təbrizli iş adamı Məhəmmədrza Zünuziyə məxsus "Ata" Hava Yolları şirkəti paniranistlərin hədəfinə tuş gəlib.
Amma zaman dəyişib, artıq Güney Azərbaycan türkləri qondarma "İranşəhri" nəzəriyyəsinə söykənən şovinsitlərin hədyan və böhtanları önündə susmaqdan çox uzaqdırlar və öz haqlı mövqelərini istənilən müstəvidə müdafiə etməyi bacarırlar.
Üç gün öncə Məhəmmədrza Zünuzinin sahibi olduğu kluba və aviasiya şirkətinə yönəlik ittihamlara verdiyi sərt reaksiya bunun bariz nümunəsi sayıla bilər.
"Mən ağzıma qıfıl vurmaq fikrində deyiləm" - söyləyən 57 yaşlı biznesmenin güclü məntiqə və təmkinli cəsarətə dayanan təqribən yarım saatlıq müsahibəsi sözün həqiqi mənasında paniranistlərə şillə kimi bir cavabdır.
Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:
Seçilən
5
50
oxu.az

10Mənbələr