Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 25,3-27,5 manat arasında dəyişir.
Viral.az Yeniavaz.com-a istinadən xəbər verir ki, son bir neçə aydır 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətində heç bir dəyişiklik olmayıb.
Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 25,3 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 27,5 manata “Azeri-Arapoğlu U.S və
Son Yazılar:
- Bu məhsul marketlərdə üçqat baha SATILIR
- Avropa İttifaqı ölkələri Rusiyadan LNG alışını kəskin ARTIRDI
- “Benfika” klubu korrupsiyada ittiham EDİLDİ
Məlumat üçün bildirək ki, Azərbaycanda unun topdansatış qiymətilə pərakəndə satış qiyməti arasında kəskin fərq var.
Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda pərakəndə satış şəbəkələrində (marketlər) 1 kiloqram unun orta satış qiyməti 1 manat 50 qəpik təşkil edir. Hazırda 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətinin 25-26 manat (1 kiloqram – 50-52 qəpik) olduğunu nəzərə alsaq, o zaman unun marketlərdə topdansatış qiymətindən təxminən 3 dəfə baha satıldığı görülür.
Onu da qeyd edək ki, marketlərdə xaricdən idxal olunan un yerli un ilə müqayisədə daha baha satılır. Belə ki, marketlərdə idxal unun 1 kiloqramının orta satış qiyməti 1 manat 70 qəpik təşkil edir. Bu ilin ilk 8 ayı ərzində Rusiyadan Azərbaycana gətirilən unun 1 kiloqramın orta gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) 49 qəpik (29 sent) olub.