AZ

Xruşşov ayaqqabısı ilə DÜNYAYA QALİB GƏLİB? – TARİXİ YALANIN İZİ İLƏ + FOTO

Uzun zamandır Sovet təbliğatının qurbanı olan insanlar inanırlar ki, guya Nikita Xruşşov 1960-cı ildə BMT-nin iclasında çıxış edən zaman ayaqqabısını çıxardıb tribunaya döycələyib, SSRİ-ni tənqid edənləri bu üsulla hədələyib. Guya həmin məşhur ayaqqabılar 2007-ci ildə Xruşşovun nəvəsi tərəfindən 30 min dollara ABŞ vətəndaşına satılıb. Bu fake xəbərdən sovet eyforiyasında yaşayanlar da sui-istifadə edirlər ki, sovetlər olmasa idi BMT istədiyini edərdi, Xruşşov dünyaya meydan oxuyan yeganə adam olub və sair…

Əzizlərim belə hadisə olmayıb, fotolara fikir verin. Xruşşovun tribunaya çıxanda əli ilə hədələyib və ayaqqabıdan istifadə etməyib.

Məlumata görə, həmin gün BMT iclas zalında “Macarıstan məsələsi” müzakirə edilirdi. Xruşşov zala daxil olanda jurnalistlərdən biri onu ayağını tapdalayır və palçıq izi onun ağ ayaqqabıları üzərində qalır. Xruşşov ayaqqabısının bir tayını çıxardır və zala daxil olur. Ayaqqabının bir tayı dərhal təmizlənərək onun stoluna gətirilir və fotoda göründüyü kimi, qarşısında dayanır.

Həmin görüşdə iştirak edən “Life” jurnalının fotoqrafı Con Lonqard iddia edir ki, Xruşşov “əlbəttə ki, ayaqqabılarını stolun üstünə döyməyib”, baxmayaraq ki, o, “əlbəttə ki, bunu etmək niyyətində idi”. O, qeyd edir ki, Xruşşovun ayaqqabısı stolun üstündə olub və boş əli ilə onu masaya vuracağını göstərib.

Zalda olan jurnalistlərin hamısı kameralarını Xruşşova tutaraq onun növbəti hərəkətlərini gözləsələr də, o, ayaqqabısını ayağına taxıb çıxıb getdi. Lonqardın fikrincə, əgər Xruşşov həqiqətən də ayaqqabısını stolun üstünə vursaydı, o zaman fotoqrafların heç biri bu hadisəni qaçırmazdı.

Ertəsi gün “The New York Times” “Xruşşov stolun üstündə ayaqqabısını döyür” başlıqlı məqalə dərc edir. Bu xəbəri sovetlər də ölkə daxilində təbliğ etməyə başlayırlar ki, bəs rəhbər dünyaya ayaqqabısı ilə qalib gəldi. Əslində isə Xruşovun qəzetlərdə dərc edilən fotosu o dövrün ilk professional fotoşoplarından biri idi.

Zaur ƏLİYEV, dosent

Seçilən
33
3
medianews.az

4Mənbələr