"Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Jonatan Ta bir çox top-klubların maraq dairəsindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra Leverkuzendən ayrılacağını artıq açıqlayıb.
"Bavariya" alman üçün əsas namizəd hesab olunurdu, lakin o "Real" və "Barselona"ya da keçə bilər.
"Yuventus" da gələn yay Tanı azad agent kimi heyətinə qatmaq istəyir.
Bundan əlavə, A Seriyasının digər nəhəngi "İnter" də mərkəz müdafiəçisi ilə maraqlanır.