Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 16-sı saat 9:00-aolan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkəərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəziyerlərdə leysan xarakterli yağış yağır.
Trendxəbər verir ki, düşən yağıntının miqdarı Lerikdə 9 mm, Astarada 8mm, Lənkəran, Şamaxı, Şabran, Şəkidə 4 mm, Göygöl, Neftçala, Oğuz,Zaqatala, Şərur, Şahbuz, Gədəbəy, Yardımlı, Naxçıvan, Daşkəsən,Gəncə, Şəmkir, Balakən, Qəbələ, Göyçay, İsmayıllı, Qobustan,Xaçmaz, Quba, Xaltan, Tərtər, Yevlax, Sabirabad, Hacıqabul,Biləsuvar, Şuşa, Füzuli, Kəlbəcərdə 3 mm-dək, Bakıda və Abşeronyarımadasında: Bakı, Sumqayıt, Maştağada 1 mm-dək olub.
Yevlax, Göyçay, Göygöl, Lerik, Qusar, Quba, Qobustan, Şamaxı,Şəki, Qax, Balakən, Tovuz, Şəmkir, Naftalan, Gəncə, Göygöl,Daşkəsən, Zaqatala, Xaltan, Sumqayıtda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15,Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 7dərəcəyədək isti qeydə alınıb.