2024-cü ilin ilk doqquz ayında “PAŞA Bank” 75 milyon manatdan çox kiçilib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin oktyabr ayının 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 0.9% və ya 75.6 milyon manat azalaraq 8 milyard 575.8 milyon manata enib.
Bununla belə, cari ilin ilk 9 ayında "Paşa Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 14.6 % və ya 413.5 milyon manat artaraq 3 milyard 248.9 milyon manata bərabər olub.
Bu dövrdə "Paşa Bank"nın cəmi öhdəlikləri 7 milyard 737 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1% və ya 77.1 milyon manat azdır.
Şirkətlər doqquz ay ərzində “Paşa Bank”dan 350 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 17.2% və ya 281.8 milyon manat artaraq 1 milyard 915.7 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 6.7% və ya 356.8 milyon manat azalaraq 4 milyard 944.4 milyon manata bərabər olub. Beləliklə, bankın ümumi depozit portfeli cari ilin 9 ayında 1.1% və ya 75 milyon manat manat azalaraq 6 milyard 860 milyon manata enib.
Pünhan