AZ

Türkiyə Qara dənizdəki minalarla bağlı razılaşmaya yaxındır

Türkiyə, Rumıniya və Bolqarıstan Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Qara dənizin onlara məxsus hissələrinə düşən minaları təmizləmək üçün birgə qüvvə yaratmaq barədə razılaşmaya yaxındır.
Ednews xəbər verir ki, bu barədə "Blumberq" agentliyi adı açıqlanmayan üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, üç ölkənin müdafiə nazirlərinin müavinləri çərşənbə günü Ankarada sözügedən məsələnin təfərrüatını yekunlaşdırmağa çalışacaqlar.
Mənbələrdən biri bildirib ki, iki günlük görüşdən sonra yekun razılaşmanın imzalanıb-imzalanmayacağı bəlli deyil.
Türkiyə, Rumıniya və Bolqarıstanın müdafiə nazirlikləri isə xəbərlə bağlı şərh verməyib.

Seçilən
259
2
ednews.net

7Mənbələr