Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8 396 297 596,0 manat olacaq.
Titul.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Xərclər aşağıdakı kimi bölüşdürüləcək:
müdafiə qüvvələri - 2 665 277 196,0
milli təhlükəsizlik - 467 917 873,0
sərhəd xidməti - 540 314 143,0
müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar - 5 359 711,0
müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər - 4 717 428 673,0.