AZ

Gələn il Azərbaycanda büdcədən cəmi 5 şəhər və rayona vəsait ayrılacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, dövlət büdcəsindən onlara vəsait ayrılacaq.

Korrespondent.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıdır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün 2025-ci ilin büdcəsində 5,287 milyon manat vəsait nəzərdə tutulub.

Beləliklə, 62 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına özləri maliyyələşdirəcək.

phrase_var_article.chosen
111
23
korrespondent.az

10phrase_var_article.sources