AZ

Azərbaycan millisi pley-off şansını İTİRDİ

AÇ-2024-ün seçmə mərhələsi davam edir.

Modern.az xəbər verir ki, ötən gecə daha 3 qrupda 7 oyun keçirilib.

C, E və H qruplarında keçirilən Ukrayna – İtaliya, Çexiya – Moldova və Sloveniya – Qazaxıstan matçları ilə “Avro-2024”ün əsas mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

Ukrayna - İtaliya matçı qolsuz başa çatıb. Bu nəticədən sonra İtaliya Avropa çempionatına vəsiqə qazanıb.

Çexiya - Moldova oyunu isə çexlərin 3:0 hesablı qələbəsi ilə başa çatıb və çexlər 2-ci yerin sahibi kimi qitə çempionatının final mrhələsinə yüksəlib.

Əgər Qazaxıstan yığması Sloveniyanı üstələyə bilsəydi, bu,  Azərbaycan millisinə Mİllətlər Liqasının pley-offunda iştirak etmək şansı yaradacaqdı. Ancaq oyun Sloveniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qruplarda İngiltərə, Albaniya və Danimarka final mərhələsinə vəsiqəni öncədən rəsmiləşdiriblər.


AÇ-2024, seçmə mərhələ, 10-cu tur
 

20 noyabr
 

C qrupu
 

Şimali Makedoniya – İngiltərə - 1:1

Ukrayna – İtaliya - 0:0
 

Xallar: İngiltərə - 20, İtaliya – 14, Ukrayna – 14, Şimali Makedoniya – 8, Malta – 0.


E qrupu
 

Albaniya – Farer adaları - 0:0

Çexiya – Moldova - 3:0

Xallar: Albaniya – 15, Çexiya – 15, Polşa – 11, Moldova – 10, Farer adaları – 2.
 

H qrupu
 

Şimali İrlandiya – Danimarka - 2:0

San Marino – Finlandiya - 1:2

Sloveniya – Qazaxıstan - 2:1
 

Xallar: Danimarka – 22, Sloveniya – 22, Finlandiya – 18, Qazaxıstan – 18, Şimali İrlandiya – 9, San Marino - 0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
295
10
modern.az

10Mənbələr