AZ

"One Direction"ın keçmiş solisti Liam Peyn vəfat edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniya qrupu "One Direction"ın keçmiş solisti Liam Peyn Buenos-Ayresdə hotelin üçüncü mərtəbəsindən yıxılaraq həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə paytaxtın Təcili Tibbi Yardım Sisteminin rəhbəri Alberto Kresenti məlumat verib.
"Saat 17:04-də (Bakı vaxtı ilə saat 00:04) hotelin daxili həyətində bir şəxsin yerdə qaldığı barədə bizə zəng gəldi. Yeddi dəqiqə sonra təcili yardım maşını gəldi və onun ölümünü təsdiqlədi. Sonra öyrəndik ki, bu, bir qrupun musiqiçisi imiş", - deyə o, yerli telekanala müsahibəsində bildirib.
Qeyd edək ki, 2010-cu ildə yaradılan "One Direction" qrupu ilk albomları "Up All Night"ın çıxmasından sonra dünya şöhrəti qazanıb və dünya çartlarında birinci yerə yüksəlib. 2016-cı ildə qrup fəaliyyətini dayandırıb.
Seçilən
33
40
oxu.az

10Mənbələr