AZ

Paytaxtda qanunsuz fəaliyyət göstərən obyekt bağlanıb

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakbazarına nəzarət məqsədilə qida obyektlərində müntəzəm olaraqmonitorinqlər həyata keçirir.

AQTA-dan Trend-ə bildirilibki, monitorinq zamanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektivə 28 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs ƏliyevaZenfira Əmir Əli qızına məxsus “Sarı Sünbül” iaşə obyektinin qidatəhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və birsıra nöqsanlar məlum olub.

Belə ki, iaşə obyektində qida məhsullarının saxlanma rejiminəriayət edilmədiyi, təmizlik vasitələrinin emal sahəsindəsaxlandığı, soyuducu və dondurucu avadanlığın nasaz vəziyyətdəolduğu, soba və tavaların paslandığı və uzun müddət ərzindətəmizlənmədiyi, qida məhsulları, avadanlıqlar və əllərin yuyulmasıprosesinin antisanitar vəziyyətdə olan birgözlü yuma çanağındahəyata keçirildiyi, xəmirqarışdıran qurğunun və bişirmə sobalarınınkorroziyaya uğradığı, səthlərin asan yuyulub təmizlənə bilənmaterialla üzlənmədiyi, ağzıaçıq tullantı qabından istifadəedildiyi, kanalizasiya xətlərinin mərkəzləşdirilmiş kanalizasiyasisteminə qoşulmadığı, havalandırma sisteminin quraşdırılmadığı,işçi heyətin fərdi mühafizə vasitələri və xüsusi iş geyimindənistifadə etmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərininaparılmadığı və digər nöqsanlar müəyyən edilib, soyuducu vədondurucu avadanlıqlarda bir sıra mənşəyi məlum olmayan qidaməhsulları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq iaşə obyektininfəaliyyəti məhdudlaşdırılıb.

Seçilən
1
7
az.trend.az

10Mənbələr