"Ukrayna NATO-nun 33-cü və ya 34-cü üzvü olacaq".
Publika.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Mark Rutte deyib.
Brüsseldə keçirilən blokun müdafiə nazirlərinin görüşündə o, Ukraynanın 33-cü üzv olması üçün şəraitin olduğunu, lakin qarşısına başqa birinin çıxmasının mümkün olduğunu izah edib.
“Ancaq Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq. Vaşinqtonda belə qərar verdik”, - deyə Rutte yekunlaşdırıb və əlavə edib ki, Kiyev alyansın davamlı dəstəyinə arxalana bilər.