AZ

Azərbaycan Milli Hərəkatının fəalları Əli Razizadə Nadarlı ilə görüşüb

Azərbaycan

Bir qrup azərbaycanlı milli hərəkat fəalı bir il həbsdə qaldıqdan sonra bir neçə gün öncə Evin həbsxanasından azadlığa çıxan Əli Rəzizadə Nadarlı ilə görüşüb.

Gunaz.tv

Görüşdə Azərbaycanlı şair Əli Cabari və Güney Azərbaycanın tanınmış fəalı Yoruşmehr Əlibeyli də iştirak ediblər.

Qeyd edək ki, Əli Razizadə Nadarlı 2023-ci il noyabrın 7-də bir il həbs cəzasını çəkmək üçün Evin zindanına köçürülmüşdü.

İran rejimi elementar insan haqlarını açıq-aşkar tapdalamaqla, amansız şərait yaradaraq Güney Azərbaycanın milli fəalları arasında qorxu və panika yaratmağa çalışır. Rejimin bu davranışı Güney Azərbaycan milli hərəkatına qarşı həddindən artıq repressiv yanaşmasını göstərir.

phrase_var_article.chosen
42
30
xalqcebhesi.az

10phrase_var_article.sources