"Müharibə prosesinin özü Putinin xoşuna gəlir, çünki o, müharibə fanatıdır..."
Slovakiya Ukraynaya kömək etməsə, Rusiya təhlükəsinin nə demək olduğunu öz üzərində hiss edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə brifinqdə bəyan edib. Məlumatı "from-ua.org" nəşri yayıb.
Ukrayna liderinin sözlərinə görə, bu gün o, Slovakiya baş naziri Robert Fitsoya "çox şeyləri deyib", o cümlədən Kiyev ilə Bratislava arasında münasibətlərin qorunub saxlanılmasının zəruriliyi barədə danışıb.
"Allaha şükürlər olsun, onun ölkəsi müharibə içində deyil, mən onun xalqına sülh arzulayıram, qoy onlar Putinin əsl simasının necə ola biləcəyini heç vaxt görməsinlər. Lakin Fitso bizə dəstək verməlidir, əks halda onun özü də bunu çox yaxşı anlayacaq. Əgər biz Putini dayandırmasaq, o heç vaxt dayanmayacaq", - Zelenski deyib.
Ukrayna prezidenti vurğulayıb ki, müharibə prosesinin özü Putinin xoşuna gəlir, çünki o, müharibə fanatıdır".
Xəbər verildiyi kimi, Slovakiya baş naziri Robert Fitso bu yaxınlarda vəzifədə olduğu müddətdə Ukraynanın NATO-ya birləşmək cəhdlərini əngəlləyəcəyini vəd edib. Onun sözlərinə görə, bu, üçüncü dünya savaşının qarşısının alınması üçün lazımdır.
Fitso parlament komitəsində çıxışı zamanı deyib: "Ukraynada müharibənin başa çatması ehtimalı qısamüddətli perspektivdə yüksəkdir. Mən günü sabah bununla bağlı hansısa eyhamı gözləyirəm, çünki gözlənilmədən Ukraynanın NATO-ya dəvət edilməsi mövzusu üzə çıxıb".
Fitso Slovakiyanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini təkrarlayıb və vurğulayıb ki, Ukraynada münaqişənin həllinə yönələn istənilən sülh planını dəstəkləyəcək.
Eyni zamanda, rusiyalıların Krımı və Donetsk və ya Luqansk kimi əraziləri tərk edəcəyini unutmaq lazımdır. Onun sözlərinə görə, rusiyalılar getdikcə daha çox əraziləri ələ keçirir və bu münaqişənin hərbi həlli yoxdur.
Bu arada isə Fitsonun partiyasından olan deputatlar "Qərbin rusofobiyası" ilə bağlı üzr istəmək və "azadlıq və sülhün şərqdən gəldiyini" bəyan etmək üçün Moskvaya yollanır.