AZ

Qarabağ qazisi Qusar rayonu Samur bələdiyyəsi sədrinin qanunsuz əməlləri ilə bağlı Ədliyyə nazirinə müraciət ETDİ


Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədova

Şamaxı rayonu Meysər kənd sakini, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması”, “Laçının azad olunması”, “Vətən müharibəsi iştirakçısı” və sair medallarla təltif olunmuş

QAZİ  Şirinov Natiq Sərdar oğlu tərəfindən ( tel: 050-209-04-07 )

                  ŞİKAYƏT  ƏRİZƏSİ

 

Qusar rayon Samur bələdiyyəsinin  sədri Elnarə Ayıbovanın cinayət əməlləri, qanun pozuntuları və özbaşınalıqları barədə

 

Mən Şamaxı rayyonu Meysəri kəndində yaşayıram. 2-ci Qarabağ müharibəsində  iştirak etmişəm, erməni  daşnaklarına qarşı döyüşmüşəm.  

Cənab  Prezidentimiz İlham Əliyevin 24.06.2021-ci il tarixli  2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə, 24.06.2021-ci il tarixli  2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”  və sair medallarla təltif edilmişəm.

  Mərhum atam Sərdar Şirinov Qusar rayonu Samur qəsəbəsindən  17 ha torpaq sahəsini  notariat kontorunda alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə almışdır. Samur bələdiyyəsi ilə müqavilə bağlayaraq  mülkiyyətində olan 17 ha torpaq sahəsini bələdiyyəyə bağışlayacağı, bələdiyyə isə əvəzində atama  20 ha  torpaq sahəsi verəcəyini öz öhdəsinə götürmüşdür. Sonra atam rəhmətə getmişdir. Torpaq  sahəsi vərəsəlik qaydasında anam Şirinova  Aybəniz Beydulla  qızının mülkiyyətinə keçmişdir. Həmin müqavilə əsasında atam torpaq sahəsini bələdiyyəyə bağışlamışdır. Lakin bələdiyyə öz üzərinə düşən öhdəliyi icra etmədiyindən Qusar  rayon Məhkəməsində  anam Şirinova  Aybəniz Beydulla qızı iddia qaldırmışdır ki, bələdiyyə üzərinə düşən öhdəliyi icra etsin, ya da 17 ha torpağı  geri  qaytarsın. Samur  Bələdiyyəsinin  sədri  Elnarə Ayıbova isə mənim qardaşım Saleh Şirinov barəsində şər-böhtan ərizələri yazaraq bizi şantaj edir. Hətta Qusar rayon məhkəməsinin  sədri və işə baxan hakim Əli müəllim ondan qorxur. Bələdiyyə sədri isə orda-burda  məhkəməyə 6000 ( altın min ) manat pul verdiyini, torpağı qaytarmaycağını, RİH başçısının onun arxasında  dayandığını,  başçının müavini Elman Mustafayevin ona  himayədarlıq  etdiyini deyir.

Necə ola bilər ki, atamdan miras qalmış əmlakı  bələdiyyə sədri icra başçısı ilə əlbir olub bizim əlimizdən alsın. Bu dərəcədə haqsızlıq olarmı ?

Xahiş edirəm  Qusar Rayon Məhkəməsinə tapşırıq  verəsiniz ki, Samur  Bələdiyyəsinin  sədri Elnarə Ayıbovadan qorxmasın və və ƏDALƏTLİ QƏRAR çıxarsın.

Qusar rayon Samur Bələdiyyəsinin sədri Elnarə Ayıbovanın qanunsuz əməlləri barədə məlumat vermək istəyirəm.

Bələdiyyə sədri Elnarə Ayıbova hər yerdə deyir ki, icra başçısı bizim adamdır, mən onun müavini Elman Mustafayevlə birgə işləyirəm, o, mənə himayədarlıq edir, onunla  sıx əlaqələrim var. Buna  görə də Samur  sakinlərinə saxta  sənədlərlə  torpaq  satır. Bunlardan Vadim Güləhmədov, İradə Zeynalova, Yeganə Qasımova, Fuad Qarabayev, Qədim Gərayxanov, Tərlan Şeydayev, Zarina Əzimətova, Rövşən Qacıxanov, Valeh Salmanov, Akşin Fərmanov, Fərmanov Məzahir Həmidulla oğlu, Rauf Əlirzayev, Mövlan Nadirquliyev ə s.

Elnarə Ayıbova  bələdiyyə sədri olandan bəri pul yığmaqla məşğuldur. Özünün SDK keçidində böyük obyekti var. Orada Gömrük əməkdaşları ilə əlbir olub qanunsuz ticarətlə məşğuldur. Qanunsuz  varlanma nəticəsində özünə bahalı avtomobl, evlər və s əmlak alıb. Bunlar saxta  sənədlərlə satdığı torpaq  sahələrinin gəlirləridir.

Elnarə Ayıbova Qusar RİH başçısının müavini Elman Mustfayevə arxalanaraq  Qusar rayonu Samur  bələdiyyəsinin fəaliyyətində ciddi qanun pozuntularına və cinayət əməllərinə yol verib və davam edir.

Belə ki, bələdiyyədə bələdiyyə iclasları, ümumiyyətlə,  keçirilmir, iclas protokolları saxtalaşdırılır. Yəni iclas keçirilmədən protokollar yazılır, bələdiyyə üzvlərinin yerinə saxta imzlar atılır. Və bu yolla  dövlət qurumu olan Ədliyyə Nazirliyini də aldadır.

Elnarə Ayıbova torpaq sahələrini təkbaşına verdiyi qərarlarla, bazar qiymətləri nəzərə alınmadan, istədiyi qiyməti qoyaraq  satır.

Elnarə Ayıbova  köhnə tarixə, saxta sənədlə, külli miqdarda rüşvət müqabilində vətəndaşları aldadaraq  torpaq sahəsi satıb. Beləliklə Bələdiyyə büdcəsinə milyonlarla  ziyan vurulub. Zəbt torpaqlarında isə vəziyyət daha da pisdir. Belə ki, torpaqları zəbt etmiş şəxslər  Elnarə Ayıbovaya rüşvət verməsələr ( o da aldığı rüşvətin bir hissəsini icra başçısının müavini Elman Mustafayevə çatdırmaqla ) torpaqları əllərindən alınır və orada  gördükləri işlər yerlə-yeksan olunur. Bələdiyyənin daimi komissiyaları fəaliyyət göstərmir, bələdiyyənin fəaliyyəti tamamilə dayanıb. Bələdiyyədə əmlak və torpaq  vergisi mənimsənilib. Vətəndaşlardan pullar alınır və bələdiyyə büdcəsinə keçirilmir. Buna görə də bələdiyyənin hesabları həbsdədir.

Bələdiyyə üzvləri 6 aydan bir hesabat  vermirlər. Elnarə Ayıbova bələdiyyənin xəzinədarı  vəzifəsini də özü icraa edir. Və s. Və i.

 

Cənab Nazir !

Mən və mənim döyüş yoldaşlarım ERMƏNİLƏRDƏN TORPAQLARIMIZI  GERİ ALDIQ.

Ancaq mən ATAMDAN MİRAS QALAN TORPAĞI  Samur Bələdiyyəsindən, Elnarə Ayıbovadan GERİ ALA  BİLMİRƏM.

 

Qusar rayon Məhkəməsi bələdiyyə sədri Elnarə Ayıbovadan qorxur, çəkinir, ədalətli  qərar  verə bilmir. Mən qalmışam çıxılmaz  vəziyyətdə.

Xahiş edirəm, qeyd etdiklərimi nəzərə alaraq müraciətimi nəzarətə götürəsiniz və ciddi araşdırılması üçün göstəriş verəsiniz.

Samur bələdiyyəsinin fəaliyyəti  ciddi yoxlanılsın  və bələdiyyə sədri  Elnarə Ayıbovanın törətdiyi cinayət əməllərinə hüquqi  qiymət verilsin.

Elnarə Ayıbovaya  himayədarlıq edən icra başçısının müavini  Elman Mustafayevin özbaşınalığına  son qoyulsun. Atamdan miras qalan  əmlak  ailəmizə qaytarılsın.

Xahiş edirəm kömək edin. Ümidim göydə  Allaha, yerdə Sizədir. 

 


Seçilən
65
50
nuh.az

10Mənbələr