Bir gündə 4,6 mindən çox insan Livandan Suriya ərazisinə keçib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Suriya Ərəb Respublikasındakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk məlumat verib.
“Gün ərzində 4671 nəfər Əl-Arida, Əl-Cəvasiya, Əl-Dabuhiya, Cisr əl-Qəmər və Caydut Yabus keçid məntəqələri vasitəsilə Livan ərazisindən Suriya Ərəb Respublikasının sərhədini keçib”, - İqnasyuk bildirib.
Şahanə Rəhimli
Musavat.com