AZ

Ukrayna ilk “Mirage-2000” təyyarələrini 2025-ci ilin əvvəlində alacaq

Ukrayna “Mirage-2000” qırıcılarının ilk partiyasını 2025-ci ilin əvvəlində alacaq.

“Far.Az” xəbər verir ki, bu barədə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi brifinqdə bildirib.

“İlk “Mirage-2000” təyyarələri gələn ilin əvvəlində Ukraynaya veriləcək. Həmçinin, Fransa bu təyyarələr üçün pilotların hazırlanması ilə də məşğul olacaq”, - o deyib.

Fransalı nazir əlavə edib ki, Paris Ukraynanın hazırladığı qələbə planını dəstəkləyir.

Ukrayna mətbuatının yazdığına görə, Fransa Ukraynaya 20 ədəd “Mirage-2000-5F” qırıcısı verməyi planlaşdırır.

phrase_var_article.chosen
96
9
far.az

10phrase_var_article.sources