ABŞ Rusiyaya PUA ixrac edən bəzi Çin və onlarla əməkdaşlığı ehtimal edilən rus şirkətlərinə qarşı sanksiyalar elan edib.
EDnews CNN-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.
Qeyd edək ki, Rəsmi Vaşinqton çoxdandır ki, Çin Xalq Respublikasını Rusiyanı silah, sursat, PUA və onun komponentləri ilə təchiz etməkdə ittiham edir. Belə ki, ABŞ Maliyyə Nazirliyinin iddiasına görə Rusiyanın Ukraynan istifadə etdiyi “Garpiya” seriyalı uzunməsafəli PUA-ları Çində hazırlanır və hərbi əməliyyatlarda istifadə olunması üçün Rusiyaya göndərilir.
ABŞ daha əvvəl də Rusiyaya müdafiə sənayesi üçün zəruri olan kompanentlər göndərən Çin şirkətlərini “cəzalandırmışdı.
Siyahıda “Garpiya” PUA-larını mühərriklə təmin etməkdə ittiham olunan Xiamen Limbach Aircraft Engine Co. şirkəti diqqəti çəkib.